UNICEF: "Hücumlar zamanı Yaxın Şərqdə 189 uşaq ölüb"


  • 12:20

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində yaranan gərginliyin artması fonunda Yaxın Şərqdə 189 uşaq ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Məlumata görə, təkcə İranda hücum nəticəsində 181 uşaq həlak olub.

Lakin insan itkiləri təkcə İranla məhdudlaşmayıb.

Belə ki, digər münaqişə zonalarında da uşaq ölümləri qeydə alınıb.

Livanda son 24 saatda hava hücumlarında 7 uşaq həlak olub. Küveytdə isə gərginliklə bağlı hadisələrdə 1 uşaq ölüb.

Bəyanatda məktəblərin və uşaqların beynəlxalq humanitar hüquq çərçivəsində qorunduğu xatırladılıb və bütün tərəfləri hərbi eskalasiyanı dayandırmağa və mülki insanları qorumağa çağırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər