ABŞ Hindistana müvəqqəti olaraq Rusiyadan neft almağa icazə verib


  • 12:27

ABŞ Maliyyə Nazirliyi Hindistan neft emalı zavodlarına Rusiya neftini almağa müvəqqəti icazə verib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent “X” sosial şəbəkədə məlumat verib.

O bildirib ki, bu icazə yalnız 30 gün ərzində qüvvədə olacaq.

“Prezident Donald Trampın enerji proqramı neft və qaz hasilatının indiyədək ən yüksək səviyyəyə çatmasına səbəb olub. Neftin qlobal bazara axmasını davam etdirmək üçün ABŞ Maliyyə Nazirliyi Hindistan neft emalı zavodlarına Rusiya neftini almağa icazə verən müvəqqəti 30 günlük möhlət verdi”, - nazir bildirib.

Bessentinin sözlərinə görə, bu qısa müddətli icazə Rusiya hökumətinə əhəmiyyətli maliyyə qazancı gətirməyəcək, çünki yalnız dənizdə olan neftlə əməliyyatlara icazə verir.

“Bu müvəqqəti tədbir İranın dünyanın enerji sektorunu girov saxlamaq cəhdinin yaratdığı təzyiqi azaldacaq”, - nazir bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər