"Kiyevin danışıqların uğurunu təmin etmək üçün əlindən gələni etməsinin vaxtı çatıb" - Peskov


  • 12:59

Kiyevin məsuliyyəti öz üzərinə götürməli və danışıqların uğurunu təmin etmək üçün hər şeyi etməli olduğu məqam çoxdan gəlib çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Danışıqlar prosesində artıq çoxdan o an gəlib çatıb, Vladimir Putinin dediyi kimi, Kiyevdə kimsə məsuliyyət götürməlidir - bu, ideya olaraq Volodimir Zelenski olmalıdır. O, danışıqların uğurla başa çatması üçün hər şeyi etməlidir. Onlar çox yaxşı bilirlər ki, nə etmək lazımdır", - Peskov bildirib.

Kreml nümayəndəsi qeyd edib ki, Ukrayna bunu etməyənə qədər onun vəziyyəti günü-gündən pisləşir: “Düşünürəm ki, vəziyyət daha da pisləşəcək”

Humay Eminqızı

Oxşar xəbərlər