Türkiyədə Baş prokurorun sabiq müavini saxlanılıb


  • 13:56

Türkiyənin Ankara şəhərində FETÖ terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 10 ildir fərari olan Ankaranın sabiq Baş prokurorun müavini Şadan Sakınanın gizləndiyi ünvan müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat zamanı sabiq müavin evindəki şkafın gizlin bölməsində aşkarlanıb.

Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Şadan Sakınan silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə həbs edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər