İndoneziyada 16 yaşdan aşağı uşaqlarla bağlı yeni qadağa


  • 6 Mart 19:08

İndoneziyada 16 yaşdan aşağı uşaqların “yüksək riskli rəqəmsal platformalarda” hesab açmasını qadağan edən qərar imzalanıb.

E-huquq.az xəbər verir ki, bu barədə İndoneziyanın rabitə və rəqəmsal işlər naziri Meutya Hafid bildirib.

Hafidin sözlərinə görə, bu platformalara “YouTube”, “TikTok”, “Facebook”, “Instagram”, “Threads”, “X”, “Bigo Live” və “Roblox” da daxil ediləcək.

O qeyd edib ki, tətbiq 28 mart tarixindən etibarən mərhələli şəkildə qüvvəyə minəcək.

“Uşaqlarımız getdikcə daha çox real təhlükələrlə üz-üzə qalırlar. Onlar pornoqrafiya, kiber zorakılıq, onlayn dələduzluq və ən əsası isə asılılıq kimi problemlərlə qarşılaşırlar”, - nazir bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər