İranın BƏƏ-yə hücumlarında dörd nəfər həlak oldu, 112 nəfər xəsarət aldı


  • 8 Mart 16:41

İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) hücumları nəticəsində ümumilikdə dörd nəfər həlak olub, 112 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat BƏƏ-nin Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"İranın hücumları nəticəsində 4 nəfər həlak olub, onların arasında Pakistan, Nepal və Banqladeş vətəndaşları var, 112 nəfər isə orta və yüngül dərəcəli xəsarətlər alıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, ölkənin hava hücumundan müdafiə sistemləri bu gün 17 ballistik raket qeydə alıb, onlardan 16-sı məhv edilib, 1 raket isə dənizə düşüb, həmçinin 117 PUA-dan 113-ü zərərsizləşdirilib, 4 PUA isə ölkə ərazisinə düşüb.

"BƏƏ Müdafiə Nazirliyi təhdidlərin qarşısını almaq üçün tam hazırlığını qoruyur və ölkənin təhlükəsizliyini, suverenliyini sarsıtmaq cəhdlərinə qətiyyətlə cavab verəcək" , - məlumatda vurğulanıb.

Oxşar xəbərlər