Səudiyyə Ərəbistanına mərmi düşməsi nəticəsində iki nəfər öldü, yaralananlar var


  • 8 Mart 22:04

Səudiyyə Ərəbistanında yaşayış binasına mərmi düşməsi nəticəsində iki nəfər ölüb, daha 12 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Krallığın Mülki Müdafiə Xidməti "X" sosial şəbəkəsində bildirib.

Bəyanata görə, mərmi Ər-Riyadın cənub-şərqində yerləşən Əl-Xərc əyalətində təmir və təmizlik şirkətinə məxsus binaya düşüb.

Ölən və yaralananların Banqladeş, Hindistan vətəndaşları olduğu bildirilir.

Oxşar xəbərlər