İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirdi


  • 8 Mart 22:14

İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb.

Məlumata görə, raketlər əsasən İsrailin cənub ərazisinə yönəldilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb.

Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.

Oxşar xəbərlər