Türkiyə sabah Şimali Kiprə altı ədəd F-16 təyyarəsi göndərəcək


  • 8 Mart 22:35

Türkiyə 9 martda Şimali Kipr Türk Respublikasına (ŞKTR) altı ədəd F-16 qırıcı təyyarəsi yerləşdirəcək.

E-huquq.az xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti Şimali Kipr Mülki Aviasiya İdarəsinin rəis müavini Aşkın Meşeliyə istinadən məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Müdafiə Nazirliyindəki mənbə Şimali Kiprə F-16-ların yerləşdiriləcəyi ilə bağlı məlumat vermiş, lakin yerləşdiriləcəyi tarixi açıqlamamışdı.

Oxşar xəbərlər