- 22:05
İranın paytaxtı Tehranın bir sıra məhəllələrində güclü partlayışlar baş verib.
E-huquq.az-ın xəbərinə görə, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, Tehranın hava hücumundan müdafiə sistemləri işə salınıb və hazırda fəaliyyətdədir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.