- 15:51
İran tərəfindən atılan raketin parçaları Türkiyənin Qaziantep bölgəsinə düşüb.
E-huquq.az "Haber Global"a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, İrandan atılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Məlumata görə, vurulan raketin parçaları Qaziantepdə boş əraziyə düşüb. Hadisədə nəticəsində zərər çəkən olmayıb.