Paşinyan Aİ-nin Yaxın Şərq ölkələrinin liderləri ilə videokonfransında iştirak etdi


  • 20:51

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən təşkil edilən onlayn görüşdə iştirak edib.

E-huquq.az xəbər verir ki, görüş zamanı regionun bir sıra ölkələrinin liderləri Yaxın Şərqdəki vəziyyəti və regional eskalasiyanın azaldılmasının mümkün yollarını müzakirə ediblər.

Müzakirə iştirakçıları mövcud vəziyyət və onun həll yolları barədə fikir mübadiləsi aparıb, diplomatik səylərin fəallaşdırılmasının vacibliyini vurğulayıblar.

Paşinyan öz çıxışında qeyd edib ki, Ermənistan, xüsusən də bir sıra dost və tərəfdaş dövlətlərin bu vəziyyətə cəlb olunduğunu nəzərə alaraq, regionda baş verən prosesləri narahatlıqla izləyir.

Ermənistanın Baş naziri böhranın tezliklə həll edilməsinin zəruriliyini qeyd edərək, gərginliyin azaldılması və vəziyyətin sabitləşdirilməsi istiqamətində diplomatik səylərin vacibliyini vurğulayıb. Paşinyan Ermənistanın sülh və sabitliyin bərqərar olmasına yönəlmiş bütün konstruktiv təşəbbüsləri dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

Oxşar xəbərlər