- 01:08
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
E-huquq.az xəbər verir ki, Türkiyə prezidenti iranlı həmkarı ilə raket hücumu iddiaları fonunda mövcud vəziyyəti müzakirə edib.
İran prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada isə deyilir ki, Məsud Pezeşkian İranın Türkiyəyə raket hücumu ilə bağlı iddiaların araşdırılması üçün birgə komissiya yaratmağa hazır olduğunu bildirib.
İran prezidentinin sözlərinə görə, belə bir qrupun yaradılması İranın Türkiyəyə raket zərbələri endirdiyi barədə iddialarla bağlı anlaşılmazlıqları aradan qaldırmağa kömək edə bilər.
M.Pezeşkian əlavə edib ki, qonşu ölkələrin ərazilərindən İrana qarşı hücumlar üçün istifadə edilmədikcə, Tehran regionda deeskalasiyanı dəstəkləyir.