- 12:04
Ötən həftə Ukrayna Silahlı Qüvvələri Krımda və Samara vilayətində mülki qatarlara azı üç dəfə hücum edib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məlumat verib.
Hücumlar nəticəsində maşinistin köməkçisi həlak olub, daha iki dəmir yolu işçisi isə yaralanıb.
Miroşnik bildirib ki, Rusiya Fövqəladə Hallar Nazirliyi xilasediciləri də Sevastopol şəhərində zərbələrə məruz qalıblar. Yeddi xilasedici xəsarət alıb.
“Bundan əlavə, tibbi müəssisələrə və tibbi nəqliyyata qarşı azı yeddi hücum həyata keçirilib”, - səfir bildirib.
Humay Eminqızı