Yaşayış binasında partlayış: 16 nəfər yaralandı


  • 10:52

Türkiyənin Niğde şəhərində yaşayış binasında partlayış baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Niğdenin Səlcuq məhəlləsində 14 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verən partlayış nəticəsində 16 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb qrupları cəlb edilib.

Yaralılar tibb qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.

İlkin ehtimallara görə partlayışa səbəb qaz sızması olub.

Partlayış zamanı binaya ciddi ziyan dəydiyi üçün bina sakinləri təxliyə edilib.

Niğde valisi Nedim Akmeşe yaralılarınolduğu xəstəxananı ziyarət edib, onlara şəfa diləyib.

Hadisə ilə bağlı araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər