- 12:04
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu terror təşkilatına qarşı yeni istintaqa başlayıb.
İstintaq çərçivəsində təşkilatın terror fəaliyyətini həyata keçirdiyi bölgələrlə əlaqəli sosial media istifadəçiləri müəyyən edilib. Həmin hesabları idarə edən şəxslərin terroçuluğu təbliğ etdikləri müəyyən edilib.
Eyni vaxtda keçirilən əməliyyatlar zamanı 13 şübhəli saxlanılıb.
Şəbnəm Mehdizadə