İsrail ordusunun Livana hücumları nəticəsində 28 nəfər ölüb


  • 11:21

İsrail ordusunun dünən Livana hücumları nəticəsində 28 nəfər ölüb, 80 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Beyrutda Hizbullahın maliyyə infrastrukturunu hədəf alan xəbərdarlıqlardan sonra yeni hücum dalğasının bölgədən genişmiqyaslı köçə səbəb olub.

Livan Qırmızı Xaç Cəmiyyəti, İsrailin bombardmanı nəticəsində cənubdakı Məcdəl Zun qəsəbəsində yaralılara qulluq edən iki tibb işçisinin yaralandığını açıqlayıb.

Yaralı iki tibb işçisi Tirdəki Jebel Amil Xəstəxanasına aparıldığını bildirib.

Qeyd edək ki, İsrailin 2 martdan bəri davam edən hücumlarında əksəriyyəti qadın və uşaq olmaqla 486 nəfər ölüb, 1313 nəfər isə yaralanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər