- 12:04
Avropa İttifaqı (Aİ) Gürcüstanın Kulevi limanını Rusiyaya qarşı hazırlanmaqda olan 20-ci sanksiyalar paketindən çıxarıb.
E-huquq.az xəbər verir ki, bu barədə Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivanın Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə ünvanladığı məktubunda deyilir.
Buna səbəb limanın sanksiya rejimini pozmamağı olub.
Məktubda deyilir ki, ilkin olaraq Kulevi limanının Aİ-nin 20-ci sanksiyalar paketinə daxil edilməsi planlaşdırılırdı. Buna səbəb isə Rusiya neftinin dəniz yolu ilə daşınması və “kölgə donanması”nın limana daxil olması idi.
O'Sullivanin sözlərinə görə, Gürcüstan hakimiyyəti və Kulevi limanının operatoru bir sıra öhdəliklər götürdükdən sonra mövqe yenidən nəzərdən keçirilib. Gürcüstan sanksiya altında olan gəmilərin limana daxil olmasına və orada xidmət göstərilməsinə yol verməmək niyyətində olduğunu açıqlayıb.
Humay Eminqızı