- 12:57
İsrailin Tehran şəhərindəki neft obyektlərinə hücumundan sonra paytaxtın səmasını qara tüstü bürüyüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışlar nəticəsində atmosferə buraxılan zəhərli maddələr şəhərdə “neftlə qarışmış zəhərli yağış”ın yağmasına səbəb olub.
Tehran sakinləri qatı tüstü səbəbindən evlərini tərk edə bilmədiklərini və nəfəs almaqda çətinlik çəkdiklərini bildiriblər.
Sakinlərin sözlərinə görə, günorta saatlarında şəhərə qaranlıq çöküb. Onlar havada kəskin yanıq qoxusunun hiss olunduğunu deyiblər.
Bildiriloib ki, partlayışlar nəticəsində havaya böyük miqdarda zəhərli karbohidrogen, kükürd və azot oksidi buraxılıb.
Yağışın turşuluq səviyyəsi yüksək ola bilər və bu, dəridə kimyəvi yanıqlara, həmçinin ağciyərlərə ciddi ziyan vura bilər. Vətəndaşlara qapalı məkanlarda qalmaq tövsiyə olunub.
Məlumata görə, Tehranın şimalındakı Təcriş və şimal-qərbində yerləşən Şahran bölgələrindəki neft anbarlarında baş verən yanğınlar kilometrlərlə uzaqdan görünür. Bəzi küçə və yollarda isə qara neft təbəqəsinin yığıldığı bildirilir.
Şəbnəm Mehdizadə