Türkiyə sərhədini qanunsuz keçmək istəyən 2 FETÖ üzvü həbs edilib


  • 12:03

Türkiyənin Ədirnə şəhərində 2 FETÖ üzvü yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Ədirnənin Keşan rayonunda bir nəfərin ölkəni qeyri-qanuni yollarla tərk etməyə hazırlaşdığı barədə məlumat alaraq əməliyyat keçirib.

Əməliyyat zamanı FETÖ terror təşkilatına üzv olduğu üçün axtarışda olan və 6 il 3 ay həbs cəzası almış şəxs ilə oğurluğa görə 14 il həbs cəzası almış digər bir şəxs, 6 qeyri-qanuni miqrantla birlikdə yaxalanıb.

Əməliyyatın ardından 2 nəfər həbs olunaraq həbsxanaya göndərilib.

Yaxalanan əcnəbi vətəndaşlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər