İstanbulda hava çirkliliyi 9 faiz artıb


  • 12:30

İstanbulda hava çirkliliyi fevral ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9% artıb.

E-huquq.az verir ki, İstanbul Texniki Universitetinin (İTU) apardığı tədqiat zamanı hava keyfiyyəti ölçmə stansiyalarında azot dioksid (NO2) səviyyələri araşdırılıb.

Fevral ayında İstanbulda azot dioksid konsentrasiyası 17 stansiyada orta hesabla 44,1 mikroqram kubmetr təşkil edib.

Bu, 2025-ci ilin fevralına nisbətən 9% artım deməkdir. Ən yüksək çirklilik səviyyəsi Beşiktaşda 73,5 mikroqram, ən aşağı isə Beylikdüzü stansiyasında 16,1 mikroqram olaraq qeydə alınıb.

Eyni dövrdə hava çirkliliyinin azaldığı stansiyalar arasında Aksaray (%16 azalma) və Sancaktepe (%8 azalma) önə çıxır. Ən çox artım isə Çatladıkapı (%94 artım) və Sarıyer (%77 artım) stansiyalarında müşahidə olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər