- 14:13
İran fevralın 28-dən bəri ABŞ və İsrailin hücumlarına cavab olaraq yeddi ərəb ölkəsinə 3095 raket və dron hücumu təşkil edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Körfəz ölkələrində bir çox kritik nöqtələr hədəfə alınıb.
Başda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olmaqla bir sıra ərəb ölkələri İrandan gələn hücumlara məruz qalıb.
BƏƏ bu hücumlarda ən çox, Oman isə ən az hədəf alınan ölkə olaraq qeydə alınıb.
BƏƏ Müdafiə Nazirliyi hücumların əvvəlindən 253 ballistik raketin, 1440 pilotsuz təyyarənin və 8 qanadlı raketin aşkar edildiyini açıqlayıb.
Açıqlamada 233 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi, 18 raketin dənizə düşdüyü, 2 raketin isə ölkə ərazisinə düşdüyü bildirilir.
Bildirilib ki, aşkar edilmiş 1440 PUA-dan 1359-u ələ keçirilib, 81-i ölkə ərazisinə düşüb.
Küveyt Müdafiə Nazirliyindən verilən açıqlamada, ölkəyə qarşı ümumilikdə 238 raket və ən az 430 İHA hücumunun edildiyi, xüsusilə cənub və şimal bölgələrində cəmləşən hücumların böyük ölçüdə qarşısı alındığı açıqlanıb.
Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığı 10 gün ərzində 102 raket və 173 İHA-nın zərərsizləşdirildiyini bildirib.
Qətər Müdafiə Nazirliyi nin məlumatına görə, hava məkanını hədəf alan 149 raket və 69 İHA ələ keçirilib, 2 "Su-24" qırıcısın isə vurulub.
İordaniya ordusu 60 İran mənşəli raket və 59 pilotsuz təyyarənin öz ərazisini hədəfə aldığını və onlardan 108-nin məhv edildiyini açıqlayıb.
Səudiyyə Ərəbistanında Şeybə neft yatağı və Şahzadə Sultan Hərbi Hava Bazasını hədəf alan ən azı 9 raket və 97 pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirilib.
Oman rəsmiləri onların ərazilərinə ən azı 8 pilotsuz təyyarə hücumunun həyata keçirildiyini açıqlayıb.
Şəbnəm Mehdizadə