- 14:13
Türkiyənin Malatya vilayətində "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
Nazirlikdən verilən açıqlamaya görə, son zamanlar bölgədə baş verən hadisələr fonunda sərhədlərin və hava məkanının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür, eyni zamanda NATO və müttəfiqlərlə məsləhətləşmələr aparılır.
"Bölgəmizdəki vəziyyət nəzərə alınaraq, sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə lazımi tədbirlər həyata keçirilir. NATO ilə həyata keçirdiyimiz əməkdaşlıq çərçivəsində, müttəfiqlərimizlə birgə hava və raketdən müdafiə tədbirləri gücləndirilir" - açıqlamada qeyd olunub.
Bildirilib ki, Türkiyə müdafiə və təhlükəsizlik sahəsində imkanlarını ən yüksək səviyyədə qorumağa davam edəcək və NATO ilə birgə regional sülh və sabitliyin təmin olunması üçün səy göstərəcək.
Şəbnəm Mehdizadə