- 14:03
İtaliyanın Kapri adasının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Təkanlar yerli vaxtla təxminən 00:03 radələrində baş verib.
Zəlzələ yerin 414 kilometr dərinliyində baş verib.
Zəlzələnin bu coğrafi bölgə üçün nadir hadisə olduğu və adətən İtaliyada qeydə alınan zəlzələlərdən çox daha dərin nöqtədə baş verdiyi vurğulanıb.
Təkanlar nəticəsində tələfat və dağıntıların qeydə alınmadığını bildirib.
Humay Eminqızı