- 00:42
BMT Baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
E-huquq.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin Ofisi məlumat yayıb.
Telefon danışığı zamanı Quterreş Yaxın Şərq münaqişəsinin yayılması və onun qlobal iqtisadiyyata təsiri ilə bağlı narahatlığını bildirib.
"Onlar regionda davam edən hərbi eskalasiyanı müzakirə ediblər. Baş katib əvvəlki açıqlamalarında ifadə olunduğu kimi mövqeyini təkrarlayıb. O, bütün tərəflərin beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa hörmət etməsinin, mülki şəxslərə, infrastruktura hücum etməməyin vacibliyini bir daha vurğulayıb. O, həmçinin mövcud münaqişənin regional yayılmasından və onun qlobal iqtisadiyyata təsirindən narahatlığını bildirib", - deyə məlumatda bildirilir.