Qətərin paytaxtında bir neçə partlayış baş verib


  • 09:57

İranın Körfəz ölkələrinə qarşı cavab zərbələrinin on ikinci günündə Qətərin paytaxtı Doha şəhərində bir neçə partlayış baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə AFP-nin məlumatında qeyd olunub.

Ölkənin Daxili İşlər Nazirliyi X platformasında paylaşım edərək bildirib ki, təhlükəsizlik təhdidi səviyyəsi yüksəkdir. Nazirlik vətəndaşları evdə qalmağa, pəncərələrdən və açıq sahələrdən uzaq durmağa çağırıb.

Qurum vurğulayıb ki, bu tədbirlər ictimai təhlükəsizliyi qorumaq məqsədi daşıyır və əhali rəsmi göstərişlərə ciddi şəkildə əməl etməlidir.

Oxşar xəbərlər