Türkiyədə zəlzələ oldu


  • 10:34

Türkiyənin Dənizli vilayətində 4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 07:42-də baş verib. Yeraltı təkanların episentri Buldan rayonu olub.

Zəlzələnin 5,24 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Qeyd edək ki, son günclərdə Dənizli vilayətində seysmik aktivlik müşahidə olunur. Belə ki, 9 mart tarixində eyni rayonda 5,1 bal gücündə bir zəlzələ baş vermiş və ardınca çoxsaylı kiçik zəlzələlər qeydə alınmışdı.

Yeraltı təkanlar əhalini narahat etsə də, hələlik ciddi ziyan və ya itkilər barədə məlumat yoxdur.

Yerli orqanlar və müvafiq qurumlar bölgədəki vəziyyəti yaxından izləyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər