Üç maşın yanaraq kül oldu


  • 10:49

Türkiyənin İstanbul şəhərində üç maşın yanaraq kül olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə iki maşında başlayan alovun yaxınlıqdakı başqa bir maşına yayılması nəticəsində baş verib.

Yanğın park edilmiş bir daşıma şirkətinə məxsus mikroavtobus və evakuator maşınında naməlum səbəblərdən başlayıb. Alov qısa müddət ərzində hər iki maşını bürüyüb və park edilmiş başqa bir avtomobilə də sıçrayıb.

Yanğınsöndürənlər hadisə yerinə gələrək alovu söndürə biliblər. Yanan maşınlar hadisə yerindən evakuator vasitəsilə çıxarılıb.

Hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşları yaxınlıqdakı müəssisələrin təhlükəsizlik kameralarının görüntülərini araşdıraraq yanğının qəsdən törədildiyini ehtimal edirlər. Yanğın yerində boş benzin qabının tapılması bu şübhəni gücləndirib.

Hadisə ilə əlaqədar daha ətraflı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər