- 12:25
Türkiyənin Kayseri şəhərinin Melikgazi rayonunda yerləşən mebel emalatxanasında yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, alovlar sürətlə bütün binanı bürüyüb.
Polis və yanğınsöndürmə briqadaları dərhal əraziyə göndərilib.
Yanğınsöndürənlər hadisə yerinə çataraq təxminən bir saat ərzində yanğını söndürməyi bacarıblar.
Onlar alovun yaxınlıqdakı müəssisələrə yayılmasının qarşısını alıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb, amma emalatxanada ciddi maddi ziyan dəyib.
Soyutma əməliyyatları hələ də davam edir və yanğının səbəbləri ilə bağlı araşdırma başlanıb.
Şəbnəm Mehdizadə