İsveçrədə avtobus yandı - 6 nəfər öldü


  • 11:13

İsveçrənin Fribourq kantonunun Kerzers şəhərində poçt avtobusunda yanğın baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə "Blick" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Kerzersdəki poçt avtobusunda baş verib. Fribourq polisi, yanğında 6 nəfərin öldüyünü və 5 nəfərin yaralandığını təsdiqləyib.

Polis sözçüsü, yanğınsöndürmə işlərinin gecə boyunca davam etdiyini bildirib.

O, hadisənin səbəbinə dair bəzi ehtimallara da toxunub. Yanğının kiminsə özünü yandırması nəticəsində baş vermiş ola biləcəyini qeyd etsə də, dəqiq səbəb hələlik müəyyən edilməyib.

Hadisə zamanı həyatını itirən 6 nəfərin şəxsiyyəti hələlik açıqlanmayıb.

Fribourq prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər