- 13:02
Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana qarşı hücumlarını qınayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik bu hərəkətlərin qlobal qeyri-sabitliyi artırdığını qeyd edib.
Bəyanatda bildirilib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatları regional sülhü və təhlükəsizliyi pozur.
"Qlobal qeyri-sabitliyi artıran bu təcavüzkar hərəkətləri qətiyyətlə qınayırıq və ciddi şəkildə narahatıq", - deyə nazirlik qeyd edib.
Bəyanatda, həmçinin İranda rejim dəyişikliyinin hədəf alınmasına diqqət çəkilərək bildirilib: "Ölkənin siyasi sistemini nəzərə almayan, ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən və sosial sistemini devirməyi hədəfləyən hər hansı bir şifahi təhdid və ya hərbi hərəkət heç vaxt dözülə bilməz. Bu cür hərəkətlər bütün dünya tərəfindən qınanmalı və rədd edilməlidir."
Nazirlik regional təhlükəsizliyin qorunması və beynəlxalq münasibətlərdə sabitliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, bütün tərəfləri təxribatçı hərəkətlərdən çəkinməyə çağırıb.
Şəbnəm Mehdizadə