- 13:08
İranın İsfahan şəhərindəki Rusiya Konsulluğu ərazidə bombardman nəticəsində zərər görüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, İranın İsfahan şəhərindəki Rusiya Konsulluğunun 8 martda ərazidə bombardman nəticəsində zərər gördüyünü açıqlayıb.
XİN sözçüsü bildirib ki, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.
Onun sözlərinə görə, ofis binasının pəncərələri sınıb.
Zaxarova diplomatik nümayəndəliyə hücumun beynəlxalq hüququn açıq-aşkar pozulması olduğunu vurğulayıb və bütün tərəflərin diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipinə hörmət etməli olduğunu bildirib.
Şəbnəm Mehdizadə