- 13:58
İraqın paytaxtı Bağdaddakı ABŞ diplomatik obyektinə pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücum edildiyi iddia edilir.
E-huquq.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti ABŞ Dövlət Departamentinə aid daxili xəbərdarlığa və təhlükəsizlik rəsmisinə istinadən yazıb.
Adının açıqlanmasını istəməyən təhlükəsizlik rəsmisi ABŞ diplomatlarına logistik dəstək verən və Bağdad Hava Limanı və İraq hərbi bazalarının yaxınlığında yerləşən obyektə 6 PUA-nın atıldığını iddia edib. Bunlardan 5-i vurulub, 1- isə obyektə dəyib.
Rəsmi şəxs itkilərlə bağlı heç bir məlumata malik olmadığını bildirib.
Şəbnəm Mehdizadə