Ərdoğan İran və İsrail-ABŞ müharibəsinin dayandırılmasına çağırış etdi


  • 13:58

İran və İsrail-ABŞ müharibəsi bölgəni tamamilə bürümədən dayandırılmalıdır.

E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında deyib.

Onun sözlərinə görə, regionda baş verən müharibələr səbəbindən bölgəni "qan qoxusu" alıb.

Ərdoğan vurğulayıb ki, İrana qarşı hücumlar neft qiymətinin artımına, qlobal iqtisadiyyat üçün təhlükələr yaradır:

"Bütün dünya ölkələri bundan təsirlənir. Türkiyə belə çətin məqamlarda dost və qardaş ölkələrə arxa çevirmir".

Ərdoğan qeyd edib ki, "yenidən masa üzərində müzakirələr aparılması üçün səylərimizi davam etdiririk.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Oxşar xəbərlər