Moskvanın bəzi yerlərində bir həftədir internet yoxdur


  • 16:23

Rusiyanın paytaxtı Moskvanın bəzi bölgələrində internetə çıxış bir həftədir tamamilə kəsilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskvanın mərkəzi hissələrində yaşayan vətəndaşlar, artıq bir həftədir ki, internetə giriş əldə edə bilmirlər.

Sosial media platformalarında vəziyyətlə bağlı şikayətlər artmaqdadır. Həmçinin, vətəndaşlara ödənişlər üçün nağd pul daşımaq tövsiyə olunur.

Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı açıqlama verərək, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərin görüldüyünü vurğulayıb.

"Kiyev rejimi getdikcə daha mürəkkəb hücum metodlarından istifadə etdikcə, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün daha çox texnoloji tədbirlərə ehtiyac var", - o deyə bildirib.

Məhdudiyyətlərin nə qədər davam edəcəyi ilə bağlı suala cavab olaraq Peskov, "Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərə ehtiyac olduğu müddətcə", - deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər