Qəzza zolağında ölənlərin sayı 72 mini ötüb


  • 16:30

2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 135-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik 2023-cü ilin oktyabr ayından bu yana baş verən hücumlar nəticəsində ölənlərin sayını açıqlayıb.

Səhiyyə Nazirliyinin verdiyi məlumatda, son 24 saat ərzində dağıntılar altından bir fələstinlinin cəsədinin tapıldığı və iki yaralının xəstəxanalara aparıldığı qeyd edilib.

Məlumata görə, 10 oktyabr 2025-ci ildən etibarən qüvvəyə minmiş atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 650 nəfər həyatını itirib, 1 732 nəfər isə yaralanıb. Bundan əlavə, dağıntılar altından 756 nəfərin cəsədo çıxarılıb.

Nazirlik 2023-cü ilin oktyabr ayında başlayan hücumlar nəticəsində ümumilikdə 72 135 nəfərin həyatını itirdiyini, 171 830 nəfərin isə yaralandığı bildirib.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı qeyd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər