- 21:41
ABŞ və İsrailin İrana hava hücumları 16.191 ev də daxil olmaqla, ən azı 19.734 mülki tikiliyə zərər vurub.
E-huquq.az xəbər verir ki, bu sözləri İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Müctəba Xalidi deyib.
Qeyd edilib ki, səhiyyə sektoru xüsusilə ağır zərbə alıb, xəstəxanalar və apteklər də daxil olmaqla, 77 tibb müəssisəsi sıradan çıxıb.
Bundan əlavə, Qızıl Ayparanın 16 mərkəzi və 65 təhsil müəssisəsinə ciddi ziyan dəyib.