- 17:27
İsrail Müdafiə Ordusu İrandan İsrail ərazisinə doğru növbəti raket atışını qeydə alıb.
E-huquq.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti teleqramda bəyanat yayıb.
"İsrail ordusu İrandan ölkə ərazisinə doğru buraxılmış raketləri aşkar edib", - bəyanatda qeyd olunub.
Qurumdan əlavə ediblib ki, hava hücumundan müdafiə sistemləri raketlərin qarşısının alınması üzərində işləyir.
Bildirilib ki, müvafiq rayonların sakinlərinin telefonlarına xəbərdarlıqlar göndərilib və əhali təhlükəsiz yerlərdə sığınmağa çağırılıb.