- 12:51
Konqo Demokratik Respublikasının (KDR) cənub-şərqindəki Lualaba və Haut-Katanga əyalətlərinin sərhədində yerləşən Kakanda mədən ərazisində mədən çökməsi baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çökmə Kakandanın şimalında, mədənçilərin kobalt çıxardığı "Safi" mədənində baş verib.
Dağıntılar altında qalan 12 mədənçinin cəsədləri tapılıb. Axtarış və xilasetmə işləri hələ də davam edir.
Hadisənin baş verməsində bölgədə son zamanlarda yağan güclü yağışların torpağı zəiflətməsi və çökməyə səbəb olması ehtimal edilir.
Konqo Demokratik Respublikasında zəngin yeraltı ehtiyatlara baxmayaraq, tənzimlənməmiş mədən əməliyyatları və təhlükəsizlik infrastrukturu çatışmazlığı bu cür faciələrin tez-tez baş verməsinə yol açır.
Xatırladaq ki, ölkənin şərqindəki Şimali Kivu əyalətindəki Rubaya mədən ərazisində 3 mart 2026-cı ildə baş verən torpaq sürüşməsi nəticəsində 200-dən çox insan həyatını itirib.
Şəbnəm Mehdizadə