- 12:51
Türkiyənin Kayseri şəhərində FETÖ terror təşkilatına üzv olmaqda təqsirli bilinən keçmiş polis məmuru həbs edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşları şəhərdə axtarışda olan şəxsləri tutmaq üçün əməliyyat keçirib.
Bu çərçivədə müəyyən edilmiş bir neçə ünvanda keçirilən əməliyyatlar zamanı silahlı terror təşkilatına üzvlük ittihamı ilə 6 il 3 ay həbs cəzası alan keçmiş polis məmuru saxlanılıb.
O, cəzaçəkmə müəssisəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə