Türkiyədə 56 ilin üçüncü ən isti fevral ayı yaşanıb


  • 12:23

Ötən ay Türkiyədə son 56 ilin üçüncü ən isti fevral ayı kimi qeydə alınıb.

E-huquq.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Meteorologiya Baş İdarəsinin məlumatına görə, 1991-2020-ci illər arasında Türkiyədə fevral ayının orta temperaturu 4,1 dərəcə Selsi olub, ötən ay isə normadan 3,5 dərəcə yüksək olmaqla 7,6 dərəcə Selsiyə çatıb.

Türkiyədə fevral ayında orta temperaturun mövsümi normaları aşması sonuncu dəfə 2016 və 2024-cü illərdə olub. Ötən ay isə temperatur 4,1 dərəcə Selsiyə çatıb və bu, 56 ilin üçüncü ən isti fevral ayı olub.

Uzunköprü, İpsala, Şilə, Bandırma, Kırklareli, Malkara, Akhisar, Uşak, Qorkuteli, Acıpayam, Qızılcahamam və Tuncelidə ay ərzində orta temperatur mövsümi normalar ətrafında, digər ərazilərdə isə mövsüm normasından yüksək olub.

Fevral ayında qeydə alınan ən aşağı temperatur Ərdahanda -22,4 dərəcə Selsi, ən yüksək temperatur isə Bartında 28,6 dərəcə Selsi olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər