- 12:51
Küveytdə pilotsuz uçuş aparatı (PUA) hücumunda 2 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Küveyt Ordusu Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Səud əl-Ətvan məlumat verib.
Onun sözlərinə görə, Küveytin cənubundakı bir binaya PUA hücumu nəticəsində 2 nəfəri xəsarət alıb.
Hadisə nəticəsində binayaciddi ziyan dəyib.
Yanğından Mühafizə İdarəsinin sözçüsü Məhəmməd əl-Qərib Küveytin rəsmi xəbər agentliyi KUNA-ya açıqlamasında hədəfə alınan binanın sakinlərinin təxliyə edildiyini və nəticədə baş verən yanğının söndürüldüyünü söyləyib.
Şəbnəm Mehdizadə