- 12:51
İran ordusunun Bəhreyndə bir obyektdə yanacaq çənlərinə hücumu nəticəsində yanğın baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İran Körfəz ölkələrinə qarşı cavab əməliyyatlarını davam etdirir.
Bəhreyn Daxili İşlər Nazirliyi gecə saatlarında Muharrak əyalətindəki bir obyektdə yanacaq çənlərinə hücum edildiyini açıqlayıb.
Hücumdan sonra obyektdə yanğın baş verdiyi bildirilir.
Əraziyə çoxsaylı yanğınsöndürmə briqadası göndərilib, lakin ölən və ya yaralananlar barədə heç bir məlumat verilməyib.
Şəbnəm Mehdizadə