İsrail: İranın hücumları nəticəsində 2 745 nəfər yaralanıb


  • 12:51

Ötən ayın sonundan bəri İranın raket və pilotsuz təyyarə hücumlarında ümumilikdə İsraildə 2745 nəfər yaralanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik son 24 saat ərzində İranın hücumlarında 179 nəfərin yaralandığını bildirib.

Tel-Əviv Universitetinin Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun məlumatlarına görə, 28 fevralda İrana qarşı ABŞ-İsrail birgə əməliyyatının başlamasından bəri İranın hücumlarında 14 israilli ölüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər