Bəsrədə iki neft tankerinə hücum: ölən və yaralılar var


  • 12:49

İraqın cənubundakı Bəsrə limanı yaxınlığında xarici bayraqlı iki neft tankerinə hücum edilib.

E-huquq.az xəbər verir ki, bu barədə İraq mediası təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Hücum nəticəsində tankerlərdən biri alovlanıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 38 nəfər yaralanıb.

İraq Limanları Baş İdarəsinin rəsmisi Fərhan Əl-Fərtusi dövlət televiziyasına açıqalmasında itkin düşmüş şəxslərin axtarışının davam etdiyini bildirib.

İraq Neft Nazirliyi Fars körfəzində neft tankerlərinə edilən hücumlarla bağlı narahatlığını bildirib və dəniz yollarının qorunmasına çağırıb.

"Beynəlxalq dəniz yollarında və enerji təchizatı xətlərində naviqasiya təhlükəsizliyi regional münaqişələrdən və rəqabətlərdən ayrı saxlanılmalıdır", deyə Nazirliyin bəyanatında qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər