Zaxarova İranın özünümüdafiə hüququndan danışdı


  • 16:05

İran digər dövlətlər kimi, özünü müdafiə hüququna malikdir.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vurğulayıb.

O bildirib ki, Rusiya mülki hədəflərə və infrastruktura hücumları qəbuledilməz hesab edir.

“ABŞ və İsraili aqressiyanı dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq”, - Zaxarova bildirib.

Rəsmi nümayəndə vurğulayıb ki, Yaxın Şərqdəki hazırkı qarşıdurmanın bütün iştirakçıları üçün sağlam düşüncə və təmkinli davranmaq, ikili standartlardan əl çəkmək və mehriban qonşuluq prinsipləri əsasında qarşıdurmaya tez son qoymaq səylərinə qayıtmaq çox vacibdir.

“Rusiya Yaxın Şərqdə eskalasiyaya tez son qoymaq və istənilən münaqişəni sülh yolu ilə həll etmək üçün addımlar atmağa davam edəcək. Biz Rusiyanın Fars körfəzində ümumi və bölünməz təhlükəsizlik konsepsiyasını daha da irəli aparmaq niyyətindəyik ki, bu da bütün region ölkələrinin maraqlarının qorumağı təmin edəcək”, - o bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər