- 17:08
Yaxın Şərqdə hərbi əməliyyatlar bütün regionda ekoloji və radioloji fəlakət təhlükəsi yaradır.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransında bildirib.
“Fəlakət təhlükəsini, o cümlədən artıq gördüyümüz ekoloji və radioloji fəlakət risklərini yaradan hərbi əməliyyatları dərhal dayandırmaq lazımdır. Bütün region bu təhlükə ilə üz-üzədir. Və əlbəttə ki, diplomatik həll yollarının axtarışına mümkün qədər tez qayıtmaq vacibdir”, - o deyib.
Humay Eminqızı