Keniyada leysan yağışlar nəticəsində ölənlərin sayı 50-yə çatıb


  • 16:13

Keniyada leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Keniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Fəlakət nəticəsində 9 nəfər itkin düşüb.

Ümumilikdə 17 əyalətin daşqınlardan zərər gördüyü bildirilib. 12 min 338 evdən sakinlər təxliyə edilib.

Açıqlamada bildirilir ki, daşqınlar paytaxt Nayrobi, həmçinin Kisumu və Narok da daxil olmaqla bir sıra bölgələrdə ciddi ziyan vurub, çoxsaylı evlərə, əkin sahələrinə və infrastruktura ziyan dəyib. Bəzi yol və körpülər yararsız hala düşüb. Bəzi bölgələrdə təhsil müvəqqəti dayandırılıb.

Keniya Meteorologiya İdarəsi ölkədə yağışların davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Humay Eminqızı

Oxşar xəbərlər