İsrailin Livana hücumlarında daha 15 nəfər həlak olub


  • 17:08

Gecədən bəri İsrail ordusunun Livanın müxtəlif bölgələrinə hücumlarında ən azı 15 nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Livanın cənubundakı Tir əyalətinin Bariş şəhərinə İsrail hava hücumunda 3 nəfərin öldüyünü bildirib.

Tir əyalətinin Deyr Antar şəhərində də İsrail pilotsuz təyyarəsinin nəqliyyat vasitəsinə hücumu nəticəsində 1 nəfər həlak olub.

Gecə ərzində İsrail təyyarələri Beyrutdakı Ramle Beyda ərazisini və paytaxtın cənubundakı Aramun ərazisini hədəfə alıb.

Livan Səhiyyə Nazirliyi Ramle Beydaya hücumda 8 nəfərin öldüyünü və 31 nəfərin yaralandığını açıqlayıb.

Aramun şəhərini hədəf alan hücumda isə 3 nəfər ölüb, bir uşaq yaralanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər