Türkiyədə güclü zəlzələ oldu


  • 08:16

Türkiyənin Tokat vilayətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların ocağı 6,37 kilometr dərinlikdə yerləşib.

Bildirilib ki, zəlzələ təkcə Tokatda deyil, həmçinin Samsun, Amasya, Ordu və Sivas vilayətlərində də hiss olunub.

AFAD-ın açıqlamasında qeyd olunub ki, saat 03:35-də baş verən zəlzələdən sonra hazırkı mərhələdə hər hansı dağıntı barədə məlumat daxil olmayıb. Ərazi üzrə monitorinq və araşdırma işləri davam etdirilir.

Məsələ ilə bağlı açıqlama verən Mustafa Çiftçi bildirib ki, hazırda zəlzələnin fəsadları ilə bağlı rəsmi qurumlara məlumat daxil olmayıb. Onun sözlərinə görə, aidiyyəti qurumların əməkdaşları ərazidə yoxlama və qiymətləndirmə işlərini davam etdirirlər.

"Allah ölkəmizi və millətimizi hər cür fəlakətlərdən qorusun", - nazir əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər